Avropa Liqası: Mahir penaltini qaçırdı, "Legiya" uduzdu 

Avropa Liqası: Mahir penaltini qaçırdı, "Legiya" uduzdu 

Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, C qrupunda azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) səfərdə “Lester Siti”nin (İngiltərə) qonağı olub.

Start "11-lik"də yer alan Mahir 26-cı dəqiqədə penaltini imkanından yararlana bilməyib. Varşava təmsilçisi isə meydan sahiblərinə 1:3 hesabı ilə uduzub. Nəticədə Polşa komandası qrupda sonuncu pilləyə düşüb.

Qrupun digər qarşılaşması ötən gün baş tutub. Rusiyanın “Spartak” (Moskva) klubu İtaliya təmsilçisi “Napoli”ni qəbul edib. Üç qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər.

Avropa Liqası C qrupu, 5-ci tur

25 noyabr

"Lester" (İngiltərə) - "Legiya" (Polşa) 3:1 Qollar: Daka, 11. Maddison, 21. Ndidi, 33 – Mladenoviç, 26.

24 noyabr

“Spartak” (Moskva, Rusiya) – “Napoli” (İtaliya) 2:1 Qollar: Sobolyov, 3-pen; 28 – E.Elmas, 64. Moskva, “Spartak” stadionu.

S   Komanda O Q H M V B F X
1   Lester  5 2 2 1 10 8 +2 8
2   Spartak 5 2 1 2 9 9 0 7
3   Napoli 5 2 1 2 12 8 +4 7
4   Legiya 5 2 0 3 4 10 -6 6

 

   1/8 final         Pley-off         Konfrans Liqa/pley-off

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər