Avropa Liqası: Həftənin ən yaxşısı bilindi

Avropa Liqası: Həftənin ən yaxşısı bilindi

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, bu ada Almaniyanın “Bayer Lverkuzen”in yarımmüdafiəçisi Mussa Diabi layiq görülüb.   O, ötən gecə İspaniyanın “Betis” komandasına 4:0 hesabıyla qalib gəldikləri oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.   Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Vest Hem”dən (İngiltərə) Said Benrahma, Lion “Olimpik”indən (Fransa) İslam Slimani və “Braqa”dan (Portuqaliya) Rikardo Horta da namizəd idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər