Avropa Liqası: “Barselona”dan “Mançester Yunayted”lə heç-heçə

Avropa Liqası: “Barselona”dan “Mançester Yunayted”lə heç-heçə

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, raundun bütün oyunları eyni gündə keçirilib.

Ən maraqlı qarşılaşma İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” komandaları arasında baş tutub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Turnirin favoritləri sırasında göstərilən İtaliyanın “Yuventus” klubu isə Fransanın “Nant” komandası ilə ev oyunundan heç-heçə ilə ayrılıb.

Bu raundun cavab görüşləri fevralın 23-də olacaq.

Avropa Liqası Pley-off mərhələsi, ilk oyunlar 16 fevral

“Ayaks” (Niderland) – “Union Berlin” (Almaniya) 0:0 “Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 2:2 Qol: M.Alonso, 50. Rafinya, 76 – Raşford, 52. Kunde, 59-öz qapısına. “Zalsburq” (Avstriya) – “Roma” (İtaliya) 1:0 Qol: Kapaldo, 88. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Renn” (Fransa) 2:1 Qol: Kriskiv, 11. Bondarenko, 45+1 – Ekambi, 59. “Bayer” (Almaniya) – “Monako” (Fransa) 2:3 Qol: Diabi, 48. Virts, 59 – Hradeçki, 9-öz qapısına. Diatta, 74. Disasi, 90+2. “Yuventus” (İtaliya) – “Nant” (Fransa) 1:1 Qol: Vlahoviç, 13 – Blas, 60. “Sevilya” (İspaniya) – PSV (Niderland) 3:0 Qol: En Nesiri, 45+2. Okampos, 50. Qudel, 55. “Sportinq” (Portuqaliya) – “Midtyulland” (Danimarka) 1:1 Qol: Koates, 90+4 - Aşur, 77.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər