Avropa Liqası: 1/16 finala kimlər vəsiqə qazanıb?

Avropa Liqası: 1/16 finala kimlər vəsiqə qazanıb?

Avropa Liqasının qrup mərhələsində V tura yekun vuruldu. Fanat.az xəbər verir ki, artıq bəzi qruplarda mübarizə başa çatıb.

Belə ki, C, E, J, K və L qruplarından 1/16 finala çıxan hər iki komanda müəyyənləşib. Bu səbəbdən bu qruplarda son turun oyunları formal xarakter dayışacaq, ya da sadəcə ilk pillənin sahibini müəyyənləşdirmək baxımından önəmli olacaq.

A, B, D, F, G, H və I qruplarından isə 1/16 finala vəsiqə qazanan bir komanda müəyyənləşib. Qalanlarının taleyinə isə son turda aydınlıq gələcək.

"Valensiya" (İspaniya), "Ludoqorets" (Bolqarıstan), "Salzburq" (Avstriya), "Esbyerq" (Danimarka), "Rubin" (Rusiya), "Fiorentina" (İtaliya), "Dnepr" (Ukrayna), "Ayntraxt" (Almaniya), "Genk" (Belçika), "Sevilya" (İspaniya), "Olimpik" (Lion, Fransa), "Trabzonspor" (Türkiyə), "Latsio" (İtaliya), "Tottenhem" (İngiltərə), "Anji" (Rusiya), PAOK (Yunanıstan), "Alkmaar" (Hollandiya).

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsində 32 komanda mübarizə aparacaq. Turnirin 12 qrupunda ilk iki pilləni tutan 24 komandayaya Çempionlar Liqasının 8 qrupunda üçüncü yerdə qərarlaşan 8 komanda qoşulacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər