Avropa çempionu klubunu dəyişdi

Avropa çempionu klubunu dəyişdi

İtaliya millisinin heyətində Avropa çempionu olan yarımmüdafiəçi Marko Verratti Qətərin “Əl-Duhail” klubuna keçib. 

Fanat.Az xəbər verir ki, bu  Doha futbol klubunun mətbuat xidməti xəbər verir.

2023-cü ildən Qətərdə çıxış edən 32 yaşlı futbolçu ötən mövsümü "Əl-Ərəbi"də çıxış edib.  Təcrübəli futbolçu "Əl-Duhail"ə azad agent kimi keçib. O, "Əl-Ərəbi"nin heyətində son mövsümdə 16 oyuna çıxaraq 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Əvvəllər on bir il Fransa PSJ-sində çıxış edən Veratti İtaliya millisi ilə 2021-ci ildə Avropa çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər