Arda Gülər "​​Real Madrid"in prezidentinə ultimatum verdi

Arda Gülər "​​Real Madrid"in prezidentinə ultimatum verdi

"Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Gülər ​​klubun prezidenti Florentino Pereslə görüşərək gələcəyini müzakirə edib.

Fanat.Az xəbər verir ki, məlumatı "Real Madrid Confidential" yayıb. 

Mənbənin məlumatına görə, 20 yaşlı futbolçu tələbini çatdırıb. O, Karlo Ançelotti baş məşqçi postunda qalacağı hala, yayda "Kral klubu"ndan gedəcəyini bildirib. Gülər ​​italiyalı mütəxəssisin ona az oyun şansı verməsindən şikayətlənib.

"Real Madrid" hücumameyilli yarımmüdafiəçini 2023-cü ildə "Fənərbağça"dan 20 milyon avroya alıb.

Gülər ​​bu mövsüm 33 matçda (1170 dəqiqə) şans qazanaraq 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. Futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər