Ansu Fati "Barselona"nı tərk edəcək, İspaniyanı yox

Ansu Fati "Barselona"nı tərk edəcək, İspaniyanı yox

"Barselona"nın hücumçusu Ansu Fati karyerasını İspaniya çempionatının başqa klubunda davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

Mənbənin məlumatına görə, “Selta” 22 yaşlı futbolçunu sıralarına qatmaq istəyir. Fatinin potensial transferi "Transfermarkt" tərəfindən cəmi 5 milyon avro dəyərində qiymətləndirilir. Futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Hücumçu İspaniya çempionatının cari mövsümündə kataloniyalıların heyətində 5 oyun keçirib və heç bir məhsuldar göstərici ilə yadda qalmayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər