Ançelotti "Real"dakı gələcəyinə bu tarixdə aydınlıq gətirəcək - Özü açıqladı

Ançelotti "Real"dakı gələcəyinə bu tarixdə aydınlıq gətirəcək - Özü açıqladı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti karyerası ilə bağlı yekun qərarını nə vaxt açıqlayacağına aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin fikirlərini tanınmış insayder Fabritsio Romano belə təqdim edib:

"Mən "Real"a hörmət edirəm, bu klubu sevirəm. Ona görə də mayın 25-dək (La Liqada son tur bu tarixdə keçiriləcək) gələcəyimin necə olacağını sizə deyə bilmərəm".

Ançelottinin "Əl-Hilal"dan illik 50 milyon avro maaşla dəvət aldığı bildirilir. Karlo ilə Braziliya millisi də maraqlanır. Ançelotti "Real Madrid"dən gedəcəyi halda, onu Xabi Alonsonun əvəzləyəcəyi gözlənilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər