Ançelotti "Real"dakı aqibətinə aydınlıq gətirdi - "Bu, gec və ya tez baş verəcək"

Ançelotti "Real"dakı aqibətinə aydınlıq gətirdi - "Bu, gec və ya tez baş verəcək"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Madrid komandasındakı gələcəyi haqda fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis jurnalist Giacomo Porettinin podkastında bu barədə belə deyib:   "Özüm heç vaxt bu komandadan ayrılmayacağam. Qərarı sırf Madrid komandasının prezidenti verəcək. Mən belə qərarlar qəbul etmirəm. Ancaq gec və ya tez, bu, baş verəcək". 

Xatırladaq ki, “Real” İspaniya çempionatının turnir cədvəlində üçüncü yerdə qərarlaşıb və eyni zamanda İspaniya kubokunun yarımfinalına və Çempionlar Liqasının 1/8 finalına yüksəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər