Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Qızıl top"u qazanmalı olan, lakin heç vaxt mükafatı almayan futbolçunun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Give me Sport" italiyalı mütəxəssisin dediklərini belə təqdim edib: 

Ançelottinin sözlərini sitat gətirir: "Paolo Maldini karyerası ərzində "Qızıl top"a layiq idi, lakin onu ala bilməməsinin yeganə səbəbi italyan müdafiəçi olması idi".

Xatırladaq ki, Maldini "Milan"ın əfsanəsidir. 2018-ci ilin avqustunda o, klubun inkişaf direktoru, bir ildən sonra isə texniki direktor vəzifəsinə yüksəlib, 2023-cü ilin iyununda isə "Milan"dan ayrılıb.

O, futbolçu kimi bütün karyerasını (1984-2009-cu illər) "Milan" klubunda keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər