Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

Karlo Ançelotti mayın 26-dan Braziliya millisinin baş məşqçisi vəzifəsinə keçəcək.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis Kakanın onun məşqçilər korpusuna qoşulmasını istəyir. 

Braziliyanın CNN telekanalının məlumatına görə, Ançelotti artıq 43 yaşlı Kaka ilə əlaqə saxlayıb. 

Kaka futbolçu karyerası ərzində Ançelottinin rəhbərliyi altında "Milan"da 270 oyun keçirib. O, butslarını divardan çox erkən - 35 yaşında (2017-ci ildə) asıb. 

Braziliya millisi iyun ayında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvador və Paraqvayla qarşılaşacaq. "Sambaçılar" hələ dünya çempionatına vəsiqəni təmin etməyiblər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər