Alvares karyerasında ilk dəfə belə aqibətlə üzləşdi

Alvares karyerasında ilk dəfə belə aqibətlə üzləşdi

"Atletiko Madrid"in hücumçusu Xulian Alvares kubok qazandığı mövsümlər üzrə seriyanı davam etdirə bilməyib. 

Fanat.Az xəbər verir ki, İspaniya klubu öz qrupunda üçüncü yeri tutaraq klublararası dünya çempionatında çıxışını başa vurub. 

Dieqo Simeonenin komandası altı xal toplayıb, lakin daha pis top fərqinə görə PSJ və "Botafoqo"dan geri qalıb. 

"Opta"nın məlumatına görə, bu, 25 yaşlı forvard Alvaresin karyerasında kuboksuz qaldığı ilk mövsüm olub. O, keçən yay "Mançester Siti"dən "Atletiko"ya keçib. Argentinalı daha əvvəl vətənində “River Pleyt”də çıxış edib. 

Paytaxt təmsilçisi La Liqanın son mövsümünü üçüncü pillədə başa vurub. Komanda Çempionlar Liqasının 1/8 finalında “Real Madrid”ə, İspaniya kubokunda isə yarımfinalda “Barselona”ya uduzaraq mübarizədən kənarlaşdırılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər