Altıqat İngiltərə çempionu: "8 ildir eyni şortikdə oynayıram"

Altıqat İngiltərə çempionu: "8 ildir eyni şortikdə oynayıram"

"Mançester Siti"nin qapıçısı Ederson uzun illərdir matçlara eyni şortikdə çıxdığını etiraf edib.

Fanat.Az xəbər verir ki, onun dediklərini "Daily Maily" belə çatdırıb:

"Mən rutin adamam, bir adətim var. Hər matça eyni şortda çıxıram. Bir mövsümdən danışmıram, artıq səkkiz ildir eyni şortikdəyəm".

Qeyd edək ki, 31 yaşlı Ederson 2017-ci ildən "Siti"də çıxış edir. O, bu müddətdə 362 matça çıxaraq 302 qol buraxıb.

Braziliyalı 6 dəfə Premyer Liqanın qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər