Alonso "Real Madrid"ə Modriçlə bağlı qərarını çatdırıb - SON DURUM

Alonso "Real Madrid"ə Modriçlə bağlı qərarını çatdırıb - SON DURUM

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç ən azı bir il klubda qala bilər.

Fanat.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin məlumatına görə, xorvatiyalı veteranla müqavilənin müddətinin uzadılması qərarını "Kral klubu"nun gələcək çalışdırıcısı Xabi Alonso verib. İspaniyalı mütəxəssisin artıq “Qızıl top”un 39 yaşlı sahibi ilə müqavilənin müddətinin uzadılması xahişi ilə klub rəhbərliyinə müraciət etdiyi bildirilir.

Modriç bu mövsüm klub səviyyəsində bütün turnirlərdə 55 matça çıxaraq 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər