Almaniya Bundesliqası: Dortmund "Borussiya"sından qələbə

Almaniya Bundesliqası: Dortmund "Borussiya"sından qələbə

Almaniya Bundesliqasında 30-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 3 matç baş tutub.

Auqsburq” – “Ayntraxt” və “Sankt Pauli” – “Bayer Leverkuzen” qarşılaşmalarında bərabərlik qeydə alınıb. Dortmund və Mönhenqladbax “Borussiya”larının duelində isə sevinən tərəf "arılar" olub.

Hazırda Bundesliqanın turnir cədvəlinə 72 xalla “Bayern Münhen” başçılıq edir. “Bayer Leverkuzen” 64, “Ayntraxt” 52, “Leyptsiq” 49, “Frayburq” 48, “Maynts” 47, Dortmund “Borussiya”sı və “Verder” 45 xal toplayıblar.

Almaniya Bundesliqası 30-cu tur 19 aprel

Frayburq – Hoffenhaym 3:2 Qollar: Holer, 28; 57. Doan, 36 – Bulter, 45+2. Kramariç, 45+5.

Haydenhaym – Bayern Münhen 0:4 Qollar: H.Keyn, 13. Laymer, 19. Koman, 36. Kimmix, 56.

Manyts – Volfsburq 2:2 Qollar: Li, 37. Kohr, 40 – Arnold, 3. Vavro, 89.

Leypsiq – Holştayn 1:1 Qollar: Şeşko, 74-pen – Maşino, 44.

Verder – Boxum 1:0 Qol: Vayzer, 80.

Union Berlin – Ştutqart 4:4 Qollar: İliç, 5; 45+6. Leyte, 19. Querfeld, 38 – Undav, 23. Millo, 29. Şabo, 43. Fuhrix, 45+1.

20 aprel

Auqsburq – Ayntraxt 0:0

Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 3:2 Qollar: Girassi, 41. Nmeça, 44. Svensson, 45+5 – İtakura, 24. Ştoger, 56-pen.

Sankt Pauli – Bayer Leverkuzen 1:1 Qollar: Buxalfa, 78 – Şik, 32.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər