AL: MY səfərdə, "Tottenhem" evdə heç-heçə etdi, "Latsio" uduzdu

AL: MY səfərdə, "Tottenhem" evdə heç-heçə etdi, "Latsio" uduzdu

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib

Fanat.Az xəbər verir ki, 1/4-in ilk oyunlarının hamısı eyni gündə baş tutub.

“Latsio” Norveçdə “Budyo Qlimt”ə məğlub olub. “Atletik” isə səfərdə “Reyncers”lə bacarmayıb. 

“Tottenhem” evdə “Ayntraxt”la heç-heçə edibsə, “Mançester Yunayted” Fransada “Olimpik Lion” ilə bərabərliyə razılaşıb.

Qeyd edək ki, 1/4 finalı cavab oyunları 22 apreldə keçiriləcək.

UEFA Avropa Liqası 1/4 final, ilk oyunlar 10 aprel

“Budyo Qlimt” (Norveç) – “Latsio” (İtaliya) 2:0 Qollar: Saltnes, 47; 69.

“Tottenhem” (İngiltərə) – “Ayntraxt” (Almaniya) 1:1 Qollar: Porro, 26 – Ekitike, 6.

“Olimpik Lion” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) 2:2 Qollar: Almada, 26. Şerki, 90+5 – Yoro, 45+5. Zirkze, 88.

“Reyncers” (Şotlandiya) – “Atletik Bilbao” (İspaniya) 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər