AÇ: U-17 son sınağına çıxır

AÇ: U-17 son sınağına çıxır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, yığmamız AÇ-2025-in ikinci seçmə mərhələsində Uelslə üz-üzə gələcək.

Görüş Albaniyanın Elbasan şəhərində baş tutacaq. İlk turda Albaniyaya 1:4 hesabı ilə uduzan yığmamız turnirdə son sınağına çıxacaq.

Qeyd edək ki, üç komandanın yer aldığı qrupun martın 25-də keçiriləcək son oyununda Albaniya ilə Uels üz-üzə gələcək.

AÇ-2025 2-ci seçmə mərhələ 22 mart

15:00. Uels – Azərbaycan “Elbasan Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər