A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

İtaliyanın "Bolonya" klubu "Şaxtyor Donetsk"in braziliyalı vinger Kevinin mümkün transferi ilə bağlı Ukrayna nəhənginə təklif göndərib.

Fanat.Az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.

Mənbənin məlumatına görə, A seriyası klubu futbolçu üçün 25 milyon avro + 5 milyon bonus ödəməyə hazırdır.

Bundan əlavə, hər hansı sonrakı transferin məbləğinin 10 faizi "Palmeyra"ya gedəcək. Hansı ki, Kevin Donetsk klubuna məhz sözügedən klubdan keçib.   22 yaşlı braziliyalı 2024/25 mövsümündə "Şaxtyor"un heyətində 35 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər