AÇ: Azərbaycan millisi ilk oyununa çıxır

AÇ: Azərbaycan millisi ilk oyununa çıxır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır. 

Fanat.Az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv bu gün II seçmə mərhələsində ilk oyununu keçirəcək.

B Liqasının VI qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gələcək. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək. Millimiz qrupda 2-ci oyununu 22 martda Uelsə qarşı keçirəcək.

Avropa Çempionatı, II mərhələ B Liqası, VI qrup 19 mart   18:00. Azərbaycan (U-17) – Albaniya (U-17) Baş hakim: Ceremi Müller, Yannik Ments (hər ikisi Lüksemburq), Can Marko Erkolani, Mikele Beltrano (hər ikisi San Marino). Elbasan Arena. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər