AÇ-2024: Xorvatiya və İsveçrədən bərabərlik, Almaniya 1/8 finalda 

AÇ-2024: Xorvatiya və İsveçrədən bərabərlik, Almaniya 1/8 finalda 

Bu gün AÇ-2024-də 2-ci turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, A və B qruplarında 3 oyun keçirilib.

Günün ilk matçı B qrupunda yer alan Xorvatiya və Albaniya arasında baş tutub. Turnirə məğlubiyyətlə başlayan komandaların dramatik keçən duelində qalib müəyyənləşməyib. Tərəflər bol qollu heç-heçəyə razılaşıblar.

A qrupunda isə əvvəlcə Almaniya ilə Macarıstan münasibətlərinə aydınlıq gətiriblər. Turnirə ev sahibliyi edən almanlar ikinci oyunundan da qalib ayrılaraq 1/8 finala vəsiqəni təmin edib. 

Ardınca Şotlandiya - İsveçrə dueli reallaşıb. Günün son qarşılaşması bərabərliklə bitib - 1:1.

AÇ-2014 19 iyun

Xorvatiya - Albaniya 2:2 

Qollar: Kramariç, 74. Qyasula, 76-öz qapısına - Laçi, 11. Qyasula, 90+5. Hakim: Fransua Leteksye (Fransa) Hamburq. "Folkparkştadion".

Almaniya - Macarıstan 2:0  Qollar: Musiala, 22. İlkay Gündoğan, 67.

Hakim: Danni Makkeli (Niderland) Ştutqart. "MXP Arena".

Şotlandiya - İsveçrə 1:1

Qollar: Maktominey,13 - Şaqiri, 26 Hakim: İvan Kruzliak (Slovakiya) Köln. "Reyn Energy".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər