35 milyonluq dünya ulduzu "Trabzonspor" yolunda

35 milyonluq dünya ulduzu "Trabzonspor" yolunda

Daha bir dünya ulduzu Türkiyədə çıxış edə bilər. Fanat.Az xəbər verir ki, 50-ci ilində çepmion olmaq istəyən "Trabzonspor" Fransa millisinin və "Tottenhem"in ulduzu Mussa Sissokonu heyətinə qatmaq istəyir.

"AVRO-2016"da ulduzu parlayan və bundan sonra "Nyukasl"dan "Tottenhem"ə transfer olunan Mali əsilli futbolçu İngiltərə klubunda heyətə düşməkdə çətinlik çəkir. "Trabzonspor" 27 yaşlı yarımmüdafiəçi rəsmi təklif göndərib. Türklər Sissokonu icarəyə götürmək istəyir. 

Qeyd edək ki, "Nyukasl" 2 milyon avroya aldığı Fransa yığmasının ulduzunu "Tottenhem"ə 35 milyona satıb. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər