Avropa Liqası oyununun yeri dəyişdirildi

Avropa Liqası oyununun yeri dəyişdirildi
UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Molde” (Norveç) – "Qranada” (İspaniya) matçının yeri dəyişdirib.
 
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, buna səbəb iki ölkə arasında səfərlərə koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlərdir. Buna görə qarşılaşma daha əvvəldən nəzərdə tutulduğu kimi, Norveçdə deyil, Macarıstanda keçiriləcək. 
Qeyd edək ki, "Molde” – "Qranada” matçı martın 18-də, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər