Murad Məmmədov Avropa Liqasında şans qazandı, "Pafos" mərhələ adladı

Murad Məmmədov Avropa Liqasında şans qazandı, "Pafos" mərhələ adladı

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə Kiprin "Pafos" klubu öz meydanında Xorvatiya təmsilçisi "Hayduk Split"i qəbul edib.

Fanat.Az xəbər verir ki, əsas vaxtı və əlavə dəqiqələri gərgin keçən matçda "Pafos" 4:0 hesablı parlaq qələbə qazanaraq ümumi hesabda (4:2) mərhələ adlayan tərəf olub.

Qarşılaşmada həmyerlimiz Murad Məmmədov da şans qazanaraq 83-cü dəqiqədə İ. Sunjiçin əvəzinə meydana daxil olub.

Əlavə olunmuş vaxtda vurulan qollarla rəqibini sıradan çıxaran Kipr təmsilçisi Avropa Liqasında yoluna inamla davam edir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər