DÇ-2026: İngiltərə millisi Panamanı, Xorvatiya seçməsi Qananı yendi

DÇ-2026: İngiltərə millisi Panamanı, Xorvatiya seçməsi Qananı yendi

Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda L qrupunda iki matç keçirilib.

Fanat.Az xəbər verur ki, Nyu-York/Nyu-Cersi stadionunda yer alan İngiltərə Panama ilə qarşılaşıb.

Görüş britaniyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv qrupu 7 xalla birinci sırada tamamlayıb.

DÇ-2026 3-cü tur, 28 iyun

L qrupu

Panama - İngiltərə 0:2 Qollar: Cud Bellingem, 62. Harri Keyn, 67. Baş hakim: Abdulrahman Əl-Cassim (Qətər). Nyu-York/Nyu-Cersi stadionu

Qrupun digər matçında isə Xorvatiya millisi Qananı üstələyərək 2-ci yerlə 1/16 finala adlayıb.

DÇ-2026 3-cü tur, 28 iyun 

L qrupu 

Xorvatiya - Qana 2:1 Qollar: Petar Suçiç, 31. Nikola Vlaşiç, 83 - Derik Lukasen, 73. Baş hakim: Dryu Fişer (Kanada). Filadelfiya stadionu.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər