Argentina Xorvatiyaya qarşı "çirkli plan" hazırlayıb - İDDİA

Argentina Xorvatiyaya qarşı "çirkli plan" hazırlayıb - İDDİA

DÇ-2022-nin yarımfinalında Argentina ilə qarşılaşacaq gələcək Xorvatiya millisinin oyunu ərəfəsində "Sportske Novosti" maraqlı məlumat yayıb.

Fanat.Az xəbər verir ki, Xorvatiyanın aparıcı idman portalı cənubi amerikalıların "çirkli plan" qurduğunu bəyan edib.

Xəbərə görə, rəqibin 3 futbolçusuna "dama-damalar"ın eyni sayda emosianal oyunçusunu təxribata çəkmək tapşırılıb. Mənbə Argentina cəbhəsinin həmin şəxsləri təsadüfən hədəfə almadığını vurğulasa da, adları açıqlamayıb.

Xatırladaq ki, tərəflər dekabrın 13-də üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər