“Zenit” Xorvatiya millisinin üzvünü 10 milyona alır

“Zenit” Xorvatiya millisinin üzvünü 10 milyona alır

Roma "Latsio”su xorvat yarımmüdafiəçisi Milan Badeli bu qış 10 milyon avroya sata bilər.

Fanat.Az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, "Zenit” 29 yaşlı Badelin xidmətində maraqlıdı. Argentinalı Leandro Paredesi PSJ-yə satmağa hazırlaşan Rusiya klubu onun yerinə Badeli düşünür. İtalyan həmkarlarımız "Fiorentina”nın da Xorvatiya millisinin üzvünə elçi düşdüyünü, bununla belə, qarşı tərəfə 10 milyon avro verməyə hazırlaşmadığını yazıb.

Bu mövsüm Roma təmsilçisində 12 oyun keçirən Badelin qol və məhsuldar ötürmə ilə yadda qalmadığını da diqqətinizə çatdıraq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər