Bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində milli kamandamızı qəbul edəcək Xorvatiya yığmasının dəyəri müəyyənləşib. Fanat.az-ın "Transfermarkt"ın futbolçulara qoyduğu qiymətlərə əsasən apardığı hesablamalara görə, rəqibimizin ümumi dəyəri 202 milyon 650 min avro qiymət qoyulub.
Xorvatiyanın ən dəyərli oyunçusu Luka Modriçdi. "Real"ın formasını geyinən futbolçuya 55 milyon avro qiymət qoyulub. "Barselona"nın formasını geyinən İvan Rakitiçin 30 milyon avro dəyəri var. İlk "üçlüy"ü İspaniyada oynayan başqa bir xorvat - "Atletiko"nun üzvü Mario Mandzukiç qapayır 22 milyon avro. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Mateo Kovaciçə isə 19 milyon avro qiymət qoyulub.
Qeyd edək ki, "Transfermarkt" millimizə çağırılan 24 futbolçuya (Ruslan Abışovla Ruslan Əmircanov zədə səbəbindən millidən kənarlaşdırılıb) 5 milyon 850 min avro qiymət qoyub. Bu isə komandamızın Xorvatiyadan 196 milyon 680 min avro ucuz olması deməkdi.
| № | Futbolçu (klub, ölkə) | Dəyəri (avro) | |
| 1 | Luka Modriç (Real, İspaniya) | 55.000.000 | |
| 2 | İvan Rakitiç (Barselona, İspaniya) | 30.000.000 | |
| 3 | Mario Mandzukiç (Atletiko, İspaniya) | 22.000.000 | |
| 4 | Mateo Kovaciç (İnter, İtaliya) | 19.000.000 | |
| 5 | Vedran Çorluka (Lokomotiv, Rusiya) | 10.000.000 | |
| 6 | Dario Srna (Şaxtyor, Ukrayna) | 8.000.000 | |
| 7 | İvan Perişiç (Volfsburq, Almaniya) | 8.000.000 | |
| 8 | Alen Haliloviç (Barselona B, İspaniya) | 6.500.000 | |
| 9 | İvan Striniç (Dnepr, Ukrayna) | 6.000.000 | |
| 10 | Marselo Brozoviç (Dinamo, Xorvatiya) | 5.500.000 | |
| 11 | Domaqoy Vida (Dinamo, Ukrayna) | 5.000.000 | |
| 12 | Daniel Subaşiç (Monako, Fransa) | 4.750.000 | |
| 13 | Andrey Kramariç (Rieka, Xorvatiya) | 4.500.000 | |
| 14 | Duje Çop (Dinamo, Xorvatiya) | 4.000.000 | |
| 15 | İvika Oliç (Volfsburq, Almaniya | 2.000.000 | |
| 16 | İvan Tomeçak (Rieka, Xorvatiya | 2.000.000 | |
| 17 | Domaqoy Antoliç (Dinamo, Xorvatiya | 2.000.000 | |
| 18 | İvan Varqiç (Rieka, Xorvatiya) | 1.500.000 | |
| 19 | Hrvoye Miliç (Rostov, Rusiya) | 1.500.000 | |
| 20 | Marko Leşkoviç (Rieka, Xorvatiya) | 1.200.000 | |
| 21 | Qordon Şildenfeld (Panatinaikos, Yunanıstan) | 1.200.000 | |
| 22 | Lovre Kaliniç (Hayduk, Xorvatiya) | 1.000.000 | |
| 23 | Daniel Pranyiç (Panatinaikos, Yunanıstan) | 1.000.000 | |
| Cəmi | 202.650.000 | ||
Fanat.az