Xorvatiyalı ulduz vətəninə qayıdır

Xorvatiyalı ulduz vətəninə qayıdır

"Tottenhem"in hücumçusu İvan Perişiç Xorvatiyaya qayıdır. 

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Canluka Di Martsio yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı xorvatiyalı "Hayduk"a keçməyə can atır. 

O, yetirməsi olduğu Split təmsilçisinə azad agent kimi başa gəlmək üçün hotspurlularla müqaviləni pozmaq niyyətindədir.

İvan London klubuna ötən yay qoşulub. Xorvatiyalı əvvəllər "İnter", "Bayern Münhen", "Volfsburq", "Borussiya Dortmund" və "Brügge"də çıxış edib.

Perişiç ötən mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 1 qol vurub və 12 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər