Xorvatiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az хəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Federasiya bir neçə gün əvvəl istefaya göndərilən Niko Kovaçı Ante Kaçiçlə əvəzləyib. Onunla 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının sonunadək müqavilə imzalanıb.
Kaçiç ilk dəfə milli komandaya baş məşqçi təyin edilib. O, 1994-1998-ci illərdə Xorvatiyanın U-21, 2003-2006-cı illərdə Liviyanın A millisində köməkçi işləyib. 61 yaşlı mütəхəssis Xorvatiyanın çoх sayda klubuna, həmçinin Sloveniya "Maribor"una başçılıq edib.
Qeyd edək ki, Xorvatiya AVRO-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alıb. Osiyekdə baş tutan oyunda Niko Kovaçın başçılığı altında komandamızı 6:0 hesabı ilə yenən хorvatlar Berti Foqtsun istefasına səbəb olmuşdu. Bu ayın əvvəlində Bakıda millimizlə "sülh" bağladıqdan sonra (0:0) səfərdə Norveçə məğlubiyyət (0:2) isə Niko Kovaçın istefası ilə nəticələnmişdi.
Fanat.az