Xorvatiya milli komandasından qovulan Ante Çaçiçin yerinə yeni baş məşqçi gətirilib. Fanat.Az xəbər verir ki, yığmamızın çalışdırıcısı Robert Prosineçkinin də göz dikdiyi posta 50 yaşlı Zlatko Daliç sahib çıxıb.
Onun son iş yeri iş yeri BƏƏ-nin “Əl-Əyn” klubu olub.
Qeyd edək ki, Xorvatiya Futbol İttifaqı DÇ-2018-in seçmə mərhələsində Finlandiya ilə ev oyunundakı xal itkisini Çaçiçə bağışlamayıb.
Fanat.Az