Xorvatiya millisinin "AVRO-2016" üçün ilkin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Ante Kasis heyətə 27 futbolçu cəlb edib.
Heyətdə milli çempionatda oynayan cəmi 8 futbolçu var. Qalan 19 oyunçu Avropanın aparıcı milli birinciliklərində - İspaniya, Almaniya, İtaliya, Fransa, Ukrayna, Rusiya, Avstriya çempionatlarında oynayıb. Xorvatiya millisinin heyətində "Real", "Barselona", "İnter", "Monako", "Napoli" kimi məşhur klubların ulduzları yer alıb.
Qeyd edək ki, Xorvatiya millisi Fransada keçiriləcək Avropa çempionatında İspaniya, Çexiya və Türkiyə ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Qapıçılar: Daniel Subaşiç (Monako, Fransa), Lovre Kaliniç (Hayduk), İvan Varqiç (Rieka), Dominik Livakoviç (Zaqreb).
Müdafiəçilər: Qordon Şkildenfeld (Dinamo Zaqreb), Tin Cedvaj (Bayer, Almaniya), Dario Srna (Şaxtyor, Ukrayna), Sime Vrsalko (Sassuolo, İtaliya), Vedran Korluka (Lokomotiv Moskva, Rusiya), Domaqoy Vida (Dinamo Kiyev, Ukrayna), Duje Kaleta-Kar (Zalsburq, Avstriya), İvan Striniç (Napoli, İtaliya)
Yarımmüdafiəçilər: Domaqoy Antoliç, Marko Roq, Ante Koriç (hamısı "Dinamo" Zaqreb), Luka Modriç, Mateo Kovaciç (ikisi də "Real", İspaniya), İvan Perişiç, Marcelo Brozoviç (hər ikisi "İnter", İtaliya), İvan Rakitiç (Barselona, İspaniya), Milan Badelj (Fiorentina, İtaliya), Alen Haliloviç (Sportinq, İspaniya).
Hücumçular: Marko Pyaça (Dinamo Zaqreb), Mario Mandzukiç (Yuventus, İtaliya), Nikola Kaliniç (Fiorentina, İtaliya), Duye Kop (Malaqa, İspaniya), Andrey Kramariç (Hoffenhaym, Almaniya).
Fanat.az