"Avro-2016"nın D qrupunda keçirilən və 2:2 hesabı ilə başa çatan Çexiya - Xorvatiya maçtı ilə bağlı UEFA araşdırma başladıb.
Sport7.az xəbər verir ki, matç zamanı xorvat fanatların meydançaya protexniki vasitələr atması onların millisinə baha başa gələ bilər.
Oyunun dayandırılasına səbəb olan yad maddələri meydana atan şəxslərin kimlikləri artıq bəllidi. Xarici mətbuatın yaydığı məlumata görə, bu azarkeşlər Xorvatiya Futbol Federasiyasına qarşı olan fan-klubun üzvləridi. Onlardan bir neçəsinin provokasiya yaradacağı öncədən müəyyənləşdirildiyi üçün Fransadan geri göndərilib. Ancaq fanatların protexniki vasitələri stadiona necə daxil etdikləri də sual doğurur.
Xorvatiya millisinin ulduz futbolçusu İvan Rakitiç isə öz növbəsində azarkeşlərin bu hərəkəti biabırçılıq adlandırıb. O, fanatların bu addımına görə Avropa çempionatından qovula biləcəklərini də deyib.
Fanat.az