Xorvatiyanın “Index.hr” nəşri “Dinamo Zaqreb”də çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli haqda yazıb.
Fanat.Az xəbər verir ki, məqalədə millimizin üzvünün “Dinamo”nun hücum xəttini istənilən kimi gücləndirməyi qeyd olunub.
“Dinamo Zaqreb”in qış transfer pəncərəsində Mahir Emreli ilə müqavilə bağlaması Martin Ojedanın transferinin baş tutmamasından sonra təsəlliverici mükafat idi. Azərbaycanlı hücumçu 2020/2021 mövsümündə “Qarabağ”da 22 qol vurmuşdu. “Legiya”da isə o qədər də “öldürücü” deyildi və sonda Polşa klubundan ayrıldı. “Dinamo Zaqreb” hələ də axtarışdadır. Emreli yaxşı transfer hesab edilə bilər. Amma “Dinamo Zaqreb”ə növbəti mövsümdə oyunu üzərinə götürməyi bacaran və hədəflərinə arxalana biləcəyini sübut etmiş futbolçu lazımdır”.
Qeyd edək ki, bu ilin fevral ayında Xorvatiya klubuna keçən Emreli "Dinamo Zaqreb"də 4 oyun keçirib və fərqlənə bilməyib.