Xorvatiya Futbol Assosiasiyası 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Robert Yarnini vəzifəsindən uzaqlaşdırıb.
Fanat.Az "İndex"-ə istinadən xəbər verir ki, buna səbəb Yarninin Konfrans Liqasında "Real Betis" - "Dinamo Zaqreb" matçında İspaniya təmsilçisini dəstəkləyəcəyini deməsi olub.
Məşqçi mətbuata açıqlamasında 1995-1998-ci illərdə oynadığı "Real"ın qalib gəlməsini arzuladığını deyib.
Onun bu sözləri "Dinamo"nun və Xorvatiyanın əsas yığmasının üzvlərinin kəskin etirazına səbəb olub. Hətta millinin lideri Bruno Petkoviç oyunöncəsi mətbuat konfransında U-17-nin çalışdırıcısını "təlxək" adlandırıb.
Etirazları nəzərə alan Xorvatiya Futbol Assosiasiyasının İcraiyyə Şurası təcili toplanaraq yekdil qərarla Robert Yarninin müqaviləsinə xitam verilməsi barədə qərar çıxarıblar.
Mirağa