AVRO-2016-nın seçmə mərhələsinin H qrupunda V turun oyunları baş tutub. Fanat.az xəbər verir ki, yığmamızın Bakıda Malta ilə qarşılaşdığı və 2:0 hesablı qələbə qazandığı gündə rəqibləri də meydana çıхıb.
Qrupun lideri Xorvatiya Norveçi qəbul edib. Robert Prosineçkinin həmyerliləri böyükhesablı qələbə qazanıb - 5:1.
İtaliya isə Bolqarıstanın qonağı olub. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.
AVRO-2016
Seçmə mərhələ
H qrupu, V tur
28 mart
Xorvatiya - Norveç 5:1
Qollar: Marselo Brozoviç, 30. İvan Perişiç, 54. İvika Oliç, 66. Qordon Şkildenfeld, 87. Daniel Pranyiç, 90+4 - Aleksander Tettey, 81.
Qırmızı vərəqə: Vedran Korluka, 74 (Xorvatiya).
İtaliya - Bolqarıstan 2:2
Qollar: İvelin Popov, 11. İlian Miçanski, 17 - Yordan Minev, 4 (avtoqol). Eder, 84.
| № | Komanda | O | Q | H/H | M | T/F | X |
| 1 | Xorvatiya | 5 | 4 | 1 | 0 | 15-2 | 13 |
| 2 | İtaliya | 5 | 3 | 2 | 0 | 8-4 | 11 |
| 3 | Norveç | 5 | 3 | 0 | 2 | 7-8 | 9 |
| 4 | Bolqarıstan | 5 | 1 | 2 | 2 | 6-7 | 5 |
| 5 | Azərbaycan | 5 | 1 | 0 | 4 | 4-11 | 3 |
| 6 | Malta | 5 | 0 | 1 | 4 | 1-9 | 1 |
Fanat.az