UEFA "Trabzonspor"u avrokuboklardan uzaqlaşdırıb.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, Superliqa klubunun 1 il müddətinə qitəmiqyaslı yarışlarda iştirakına qadağa qoyulub.
Səbəb Türkiyə təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozmasıdı.
Qərara əsasən "Trabzonspor" 2020/2021 və ya 2021/2022 mövsümündə UEFA bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcək.
Qeyd edək ki, 53 xalı olan "Trabzonspor" 26 turu geridə qalan Superliqanın lideridi.
Fanat.Az