"Kriştianu Ronaldu Çempionlar Liqasında oynamaq istəyirsə "Trabzonspor"a gəlsin".
Fanat.Az xəbər verir ki, bu sözləri türkiyəli iş adamı Sinan Ergin sosial şəbəkələrdən birində deyib.
Hazırda portuqaliyalı ulduzun adı "Borussiya Dortmund", "Sportinq" və "Atletiko Madrid"lə hallanır. Ronaldunun agenti Jorje Mendeş transfer pəncərəsinin sonuna qədər müştərisi üçün yeni klub axtarışlarını davam etdirəcəyini deyib.
Emin