Futbol üzrə Türkiyə Superliqasında 7-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki görüş reallaşıb. Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Konyaspor” matçı bərabərliklə bitib. Qələbə qazanacağı halda, vahid lider olacaq “Trabzonspor” isə öz meydanında “Alanyaspor”u qəbul edib. Meydan sahibləri Alanya təmsilçisi ilə heç-heçəyə razılaşaraq şansını qaçırıb.
Türkiyə Superliqası 7-ci tur 24 sentyabr Altay – Beşiktaş 2:1 Qollar: Kappel, 57. Bamba, 88 – G.Yalçın, 47. 25 sentyabr Sivasspor – Fatih Karagümrük 4:0 Qollar: Kayode, 1. Qutas, 50. Feliks, 56. Qradel, 71. Antalyaspor – Yeni Malatyaspor 1:0 Qol: G.Vural, 89. Adana Dəmirspor – Qaziantep 4:0 Qollar: Akgün, 12. Koker, 65-öz qapısına. Balotelli, 78. Assombalonqa, 85-pen. 26 sentyabr
Girəsunspor – Kayserispor 1:1 Qollar: Diabate, 21 – Attamah, 17. Başakşəhər – Rizəspor 3:0 Qollar: Okaka, 25; 55; 75. Hatayspor – Fənərbağça 1:2 Qollar: Luis, 70 – Rossi, 17. Novak, 29. Qalatasaray – Göztəpə 2:1 Qollar: Dərvişoğlu, 49. Morutan, 56 – Ndiaye, 43. 27 sentyabr Kasımpaşa – Konyaspor 2:2 Qollar: Travnik, 29. Bozok, 63-pen – Koka, 18. Gürler, 21. Trabzonspor – Alanyaspor 1:1 Qollar: Kornelius, 42 – Dyedyu, 36.