Türkiyə Superliqası: "Fənər" səfərdə, "Trabzonspor" evdə sevindi

Türkiyə Superliqası: "Fənər" səfərdə, "Trabzonspor" evdə sevindi
Türkiyə Superliqasında 25-ci turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, bu gün daha üç görüş reallaşıb.
 
Ötən tur doğma meydanda "Qalatasaray”a uduzan "Fənərbağça” bu dəfə "Fatih Karagümrük”lə çətin səfər qarşılaşmasında qələbəyə sevinib.
 
"Trabzonspor” - "Qaziantep” oyununda meydan sahibləri 3 xal qazanıbsa, "Kayserispor” – "Ankaragücü” matçında "quru sülh" qeydə alınıb.
 
Türkiyə Superliqası
25-ci tur
12 fevral
 
Rizəspor – Ərzurumspor 0:2
Qollar: Şaheşuhe, 67. O.Karakullukçu, 90+3.
 
13 fevral
 
Kayserispor – Ankaragücü 0:0
 
Trabzonspor – Qaziantep 1:0
Qol: Bakasetas, 67.
 
Fatih Karagümrük – Fənərbağça 1:2
Qollar: Borini, 67 – Tiam, 19. Valensia, 53.
 
14 fevral
 
14:30 Konyaspor – Dənizlispor
17:00 Göztəpə – Başakşəhər
17:00 Hatayspor – Alanyaspor
20:00 Qalatasaray – Kasımpaşa
 
15 fevral
 
20:00 Antalyaspor – Yeni Malatyaspor
20:00 Gənclərbirliyi – Beşiktaş
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər