Türkiyə Super Liqası: "Trabzonspor" səfərdən 1 xalla döndü

Türkiyə Super Liqası: "Trabzonspor" səfərdən 1 xalla döndü

Türkiyə Super Liqasında 34-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç baş tutub.

"Kasımpaşa” öz meydanında “Trabzonspor”la bərabərliyə razılaşıb.

Hazırda Super Liqanın turnir cədvəlinə 83 xalı olan “Qalatasaray” başçılıq edir. İkinci yerdəki “Fənərbağça”nın 75, üçüncü sıradakı “Samsunspor”un 57 xalı var. Dördüncü pillədə 55 xalla “Beşiktaş” qərarlaşıb. “Başakşəhər” 51, “Eyüpspor” 50, “Göztəpə” və “Trabzonspor” 46 xal toplayıblar.

Türkiyə Super Liqası 34-cü tur 2 may

Antalyaspor – Konyaspor 1:0 Qol: Safuri, 62.

3 may

Alanyaspor – Kayserispor 1:1 Qollar: Attama, 30-öz qapısına – R.Çivelek, 52.

Rizəspor – Qaziantep 2:0 Qollar: Sou, 77. Olavoyin, 90+4.

Qalatasaray – Sivasspor 4:1 Qollar: Torreyra, 9. Osimhen, 15; 31. B.A.Yılmaz, 21.

Hatayspor – Başakşəhər 2:4 Qollar: Strandberq, 4. Butobba, 56 – Pyontek, 9. Sarı, 30. Brniç, 82. Fiqeyredo, 90+1-pen.

4 may

Samsunspor – Eyüpspor 3:0 Qollar: Dimata, 4. Yunus Emre, 61. Marius, 90+5.  Adana Dəmirspor – Göztəpə 1:2 Qollar: Ali Yavuz, 33 - Kanatsızkuş, 3. Nielsen, 9. Fənərbağça – Beşiktaş 0:1 Qol: Jedson Fernandeş, 44.

5 may

Kasımpaşa – Trabzonspor 1:1 Qollar: Bataqov, 18-öz qapısına – Sikan, 47.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər