Türkiyə Super Liqası: "Gənclərbirliyi" "Trabzonspor"u əliboş yola salır

Türkiyə Super Liqası: "Gənclərbirliyi" "Trabzonspor"u əliboş yola salır

Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Başakşəhər” evdə “Qaziantep”ə böyük hesabla qalib gəlib. “Gənclərbirliyi” isə “Trabzonspor”u məğlub edib.

Hazırda 42 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 39, “Trabzonspor” 35, “Göztəpə” 32, “Beşiktaş” 29, “Samsunspor” 25, “Başakşəhər” 23 xal toplayıb.

Türkiyə Super Liqası 17-ci tur 19 dekabr

Kocaelispor – Antalyaspor 2:1 Qollar: Smolçiç, 24. T.Bingöl, 37 – Cannetti, 32.

20 dekabr

Konyaspor – Kayserispor 1:1 Qollar: U.Nayir, 63 – Onuqxa, 90+3.

Eyüpspor – Fənərbağça 0:3 Qollar: Talişka, 27. Asensio, 34. C.Duran, 75.

Beşiktaş – Rizəspor 1:0 Qol: Raşiça, 64.

21 dekabr

Alanyaspor – Karagümrük 2:0 Qollar: Hvanq, 13. G.Yalçın, 58.

Qalatasaray – Kasımpaşa 3:0 Qollar: Y.Akgün, 10. Q.Sara, 82. M.İkardi, 88.

Göztəpə – Samsunspor 2:0 Qollar: A.Kurtulan, 23; 68.

22 dekabr

Başakşəhər – Qaziantep 5:1 Qollar: Şomurodov, 21. Fayzullayev, 29. A.Kızıldağ, 53-öz qapısına. U.Günəş, 68. Brniç, 84 – D.Kamara, 26.

Gənclərbirliyi – Trabzonspor 4:3 Qollar: Qutas, 5. Tonqya, 31. O.Ulgun, 52. Koita, 59 – F.Auqusto, 45+2; 50. Muçi, 67-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər