"Trabzonspor" Medikal Park Stadionunda qapıarxası tribunalardan birinə şəhid adı verib.
Fanat.Az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə böyük cəsarətlə torpağı qoruyarkən şəhid olan Eren Bülbülün adının ölümsüzləşdirilməsi üçün "Şenol Günəş adına stadion"da qapıarxası tribunaya 2018/19 mövsümü üçün "Şehit Eren Bülbül Tribunası" adını verib.
Eren Trabzonun Maçka bölgəsində 2017-ci il, avqustun 11-də şəhid olub.
Fanat.Az