"Trabzonspor" futbolçusu Aleksander Şerlotun "Layptsiq"ə transfer olunduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Norveçli futbolçu müqavilə ilə "Kristal Pelas"a məxsus olsa da, 31 may 2021-ci ilədək müqavilə imzalayıb. "Trabzonspor" müqavilənin şərtlərini də açıqlayıb.
1. Müqavilənin ləğv olunmasına görə "Trabzonspor"a 20 milyon avro ödəniləcək
2. Futbolçunun oyun sayına görə ümumilikdə 2 milyon avro bonus ödəniləcək
3. Futbolçu başqa bir kluba transfer olunacağı halda "Trabzonspor"a 20 faiz pay veriləcək
4. Futbolçunun qarşıdakı illərdə Türkiyəyə transferi gündəmə gələrsə, bu hüquq ilk olaraq "Trabzonspor"a veriləcək
Qeyd edək ki, 24 yaşlı oyunçu ötən il "Trabzonspor"a keçmişdi. O, Türkiyə klubunun heyətində 49 oyun keçirirək 33 qol vurub və 11 məhsuldar ötürmə edib.
Fanat.Az