"Trabzonspor" Xorvatiya millisinin forvardı ilə anlaşdı

"Trabzonspor" Xorvatiya millisinin forvardı ilə anlaşdı

Xorvatiya yığmasının və "Dinamo Zaqreb"in hücumçusu Bruno Petkoviç Türkiyənin "Trabzonspor" klubu ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fotomaç" yayıb.

Mənbənin məlumatına görə, baş məşqçi Nenad Byelikanın istəyi əsasında futbolçu ilə təmasa keçən qaradənizlilər onunla razılıq əldə ediblər. 

Türkiyə təmsilçisi "Dinamo" ilə təmasa keçib. Petkoviçin hazırki klubu ilə müqaviləsinin müddətinin bitməsinə 1 il qalıb. "Dinamo" ulduzuna görə 4 milyon avro istəyir, "Trabzonspor"un təklifi isə 1,5 milyon avrodur. Tərəflər ortaq məxrəcə gəlməyə çalışırlar.

Əks halda, Nenad Byelikanın siyahısında "B variantı" kimi, Türkiyənin “Karagümrük” klubunun seneqallı 31 yaşlı hücumçusu Mbaye Diaqne də var. 

28 yaşlı Bruno Petkoviç bu mövsüm "Dinamo"nun heyətində bütün yarışlarda 41 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər