"Trabzonspor" Qazaxıstan millisinin müdafiəçisini istəyir

"Trabzonspor" Qazaxıstan millisinin müdafiəçisini istəyir

Türkiyənin "Trabzonspor" klubu heyətinə qazax futbolçu qata bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fotospor" yayıb.

Xəbərə görə, Trabzon təmsilçisi "Zenit"in müdafiəçisi Nuralı Əlipi sıralarına cəlb etməkdə maraqlıdır. Mənbə Qara dənizlilərin yaxın günlərdə bu yöndə danışıalqara başlayacağını vurğulayıb. Türkiyə Futbol federasiyasının yeni qərarına əsasən, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan futbolçular Türkiyə klubunda legioner sayılmadığı üçün "Trabzonspor"un Əlip variantına üstünlük verdiyi bildirilib.

23 yaşlı Əlip "Zenit"ə bu ilin yanvarında "Kayrat"dan keçib. Qazaxıstan millisinin üzvü Sankt-Peterburq klubunda  bütün turnirlərdə 13 matça çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər