"Trabzonspor" Namikin iki komanda yoldaşını transfer etdi

"Trabzonspor" Namikin iki komanda yoldaşını transfer etdi

Türkiyə Super Liqasının lideri "Trabzonspor" I Liqa klubu "Bursaspor"un iki futbolçusu ilə anlaşıb. 

Fanat.Az xəbər verir ki, söhbət 20 yaşlı oyunçuları - hücumçu Batuhan Körlə mərkəz yarımmüdafiəçisi Kərəm Şəndən gedir. Millimizin üzvü Namik Ələskərovun komanda yoldaşları bu gün Trabzona yola düşüb.

Batuhan Kör "61saat"a açıqlamasında çox həyəcanlı olduğunu ifadə edərək, "Trabzonspor forması ilə çempionluğu və bombardirliyi hədəfləyirəm" deyib: “Doğulduğum şəhərin komandasında olduğum üçün çox xoşbəxtəm. Bu transferdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Mən trabzonluyam, "Trabzonspor"luyam. Söz verim ki, tərimin son damlasına kimi mübarizə aparacam. “Trabzonspor”un bütün oyunlarını izləyirəm. İnşallah bu il çempionluq olacaq, bu komanda və klub üçün əlimizdən gələni edəcəyik, söz verirəm. Təbii ki, illərlə "Trabzonspor"a xidmət edib, sonra Avropanın böyük klubunda komandamı təmsil etmək istərdim. İllərdir "Trabzonspor"da çempion və komandanın bombardiri olmaq istəyirəm".  "Trabzonspor" Namikin iki komanda yoldaşını transfer etdi Müqavilə imzalandıqdan sonra hər iki futbolçunun mövsümün sonuna kimi icarə əsasında çıxış edəcəkləri “Bursaspor”a qayıdacağı bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər