"Trabzonspor" "Levante"nin ulduzunu transfer etdi

"Trabzonspor" "Levante"nin ulduzunu transfer etdi

"Trabzonspor" yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, trabzonlular Şimali Makedoniyadan olan Enis Bardhinin keçidini rəsmiləşdirib. 

Klubun rəsmi saytı ulduz oyuncunun anlaşmasının detallarını açıqlayıb: "Levante" klubu ilə Enis Bardhinin klubumuza transferi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, qarşı tərəfə 3 milyon avro ödənəcək. Bu məbləğ 3 il ərzində hissə-hissə ödəniləcək".

Qeyd edək ki, "Trabzonspor"un baş məşqçisi Abdullah Avcının təkidi ilə transfer edilən şimali makedoniyalı hücumameylli yarımmüdafiəçi 2017-ci ildə Macarıstanın "Uypeşt" klubundan 1,5 milyon avroya "Levante"yə keçib. İspaniyada ardıcıl 5 mövsüm çıxış edən Enisin qiyməti 2020-ci ildə 20 milyon avroya qədər yüksəlmişdi. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər