“Trabzonspor” kubokda da mübarizəni dayandırdı

“Trabzonspor” kubokda da mübarizəni dayandırdı

Türkiyə kubokunda 1/4 final mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Trabzonspor” səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan paytaxt təmsilçisi yarımfinala vəsiqə qazanıb.

“Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Çünki bu komandanın rəqibi olan “Qaziantep” Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsüm oynamayacağını açıqlayıb.

Türkiyə kuboku 1/4 final 4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1 Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.

5 aprel

21:30. Qalatasaray – Başakşəhər

6 aprel

21:30. Fənərbaxça - Kayserispor

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər