"Trabzonspor" daha bir legionerini yola saldı - RƏSMİ

"Trabzonspor" daha bir legionerini yola saldı - RƏSMİ
Ötən gün Xose Sosa ilə yolları ayırdığını açıqlayan "Trabzonspor” bu gün daha bir legioneri ilə vidalaşıb.
 
Fanat.Az xəbər verir ki, Superliqa təmsilçisi Nemanya Andusiçin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Andusiçin müqaviləsinin 50 min avro qarşılığında ləğv olunduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, "Trabzonspor” Andusiçi ötən mövsümün əvvəlində Bosniya və Herseqovinanın "Mladost” klubundan 50 min avroya transfer etmiş və 4 illik müqavilə bağlamışdı. Lakin futbolçu komandada möhkəmlənə bilməyib. O, geridə qalan mövsümü "Balıkesirpsor”da icarədə keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər