"Trabzonspor" baş məşqçisi ilə yolları ayırdı - RƏSMİ

"Trabzonspor" baş məşqçisi ilə yolları ayırdı - RƏSMİ

“Trabzonspor” baş məşqçisi Nenad Byelitsanı istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə təmsilçisinin rəsmi saytı yayıb.

Məlumata görə, xorvat çalışdırıcının müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. 52 yaşlı mütəxəssisin mövsümün sonuna qədər nəzərdə tutulan maaşını tam şəkildə alaraq postunu tərk etməyə razılaşdığı açıqlanıb.

Byelitsa bu ilin aprelindən “Trabzonspor”u çalışdırırdı. 

Hazırda 12 xalı olan "Trabzonspor" Super Liqanın turnir cədvəlində 7-ci pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər